Şamaxı rayonunda “bağban” peşəsi üzrə kurslara start verilib. Bu barədə 12 may tarixində Dövlət Məşğulluq Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
Kurslara 63 işsiz vətəndaş cəlb edilib. Onlara 1 ay müddətində “Azgranata” MMC-nin Adnalı kəndində yerləşən müəssisəsində nəzəri və praktik biliklər tədris olunacaq.
Kursları müvəffəqiyyətlə bitirən şəxslər işlə təmin olunacaqlar. Qeyd edək ki, kurs müddətində onlara minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.