Şamaxı rayonunun Məlikçobanlı kəndində ərzaq mağazasında və bələdiyyə binasında yanğın baş verib. Bu barədə iyunun 27-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Sahəsi 30 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və ona bitişik, sahəsi 400 m² olan bələdiyyə binasının dam örtüyü 1 m² sahədə yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.