Şamaxıda "Aztelekom" MMC-nin elektrik təmirçisi iş başında olarkən dünyasını dəyişib. Bu haqda Baş Prokurorluq məlumat yayıb.
İnsident mayın 19-u saat 10:00 radələrində Çuxuryurd kəndi ərazisində baş verib. Usta telefon xəttinin çəkilişini keçirən zaman yüksək gərginlikli elektrik naqilinə toxunub və cərəyan vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.