Azərişıq Şamaxının ucqar dağ kəndləri olan Səfalı və Kərkənc kəndlərinin elektrik şəbəkəsini yenidən qurub. Bu barədə mayın 25-də qurum xəbər yayıb.
Yenidənqurma nəticəsində 25 abonenti olan Səfalı kəndində 1 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb.
144 abonenti olan Kərlənc kəndində 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb.
Rayonun Mədrəsə qəsəbəsi, Zarat Xeybəri və Ərçiman kəndlərində də yenidənqurma işləri başa çatıb. Ümumilikdə 900-ə yaxın abonent fasiləsiz elektrik enerjisi ilə təmin edilib.