Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Bu barədə 3 noyabr tarixində APA məlumat verib.
Hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Kənd sakini olan 1982-ci il təvəllüldü T.Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.