Şəmkir rayonunda sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb. Bu barədə 7 yanvar tarixində APA məlumat verib.
Rayon sakini Sahil Qurbanov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını pozub, avtoxuliqanlıq edib.
Həmin şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S. Qurbanov 15 sutka müddətinə inzibati qaydada həbs olunub.