Şəmkir Regional Mədəniyyət İdarəsinin vəzifəli şəxsləri həbs olunub. Bu haqda iyunun 6-da Baş Prokurorluq məlumat yayıb.
Belə ki, adıçəkilən idarənin rəisi Azər Rəcəbov İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərov saxlanılıb. Onlar ayrı-ayrı şəxslərdən vəzifəyə təyin edilmələri, vəzifədə qalmaları müqabilində 2021-ci ilin dekabrından başlamaqla 102 min manat pulu rüşvət qismində alıblar.
Faklta bağlı cinayət işi başlanıb. Həmin vətəndaşların barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.