Şəmkirdə 37 yaşlı kişi spirtli içkinin təsirindən ölüb. Bu barədə oktyabrın 21-də APA xəbər yayıb.
Belə ki, Şiştəpə kənd sakini Şahin Məmmədov xəstəxanaya yerləşdirilib və orada vəfat edib.
Məlumata görə, o, ağır dərəcəli sərxoş olub və ehtimal edilir ki, ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.