Şəmkirdə intihar hadisəsi baş verib. Bu barədə mayın 29-da APA məlumat yayıb.
Hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 15 yaşlı Leyla Məmmədli yaşadığı evdə özünü asıb. Məlumata görə, hadisədən öncə yeniyetmə imtahanda az bal topladığı üçün valideynləri tərəfindən danlanıb.
Faktla bağlı araşdırma aparılır.