İyulun 1-i gecə saatlarında Şəmkirdə avtomobilin ağaca çırpılması nəticəsində sürücü həlak olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən Trend məlumat verib.
Hadisə rayonun Aşağı Seyfəli kəndində baş verib. “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. 60 yaşlı sürücünün meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.