Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 30 iyun tarixində APA məlumat verib.
Məlumata əsasən, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ" markalı minik maşını traktora çırpılıb. Nəticədə 2-si qadın olmaqla, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.