Şəmkirdə 2-si uşaq olmaqla 10-a yaxın şəxs dönərdən zəhərlənib. Bu haqda iyunun 9-da APA məlumat yayıb.
Hadisə rayonun 5-ci küçəsində yerləşən “Hicaz” dönər satışı məntəqəsində qeydə alınıb.
Zəhərlənən şəxslərin hər birinə tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.