Şəmkir rayonunda baş nahiyəsinə odlu silahdan açılmış atəş nəticəsində ölən şəxsin meyiti tapılıb. Bu barədə 22 oktyabr tarixində Report məlumat verib.
Belə ki, 1979-cu il təvəllüdlü Bayramov Ruslan Nizami oğlunun meyiti kirayə qaldığı evdə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.