Şəmkirdə ikimərtəbəli evdə yanğın baş verib. Bu barədə mayın 16-da Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın ümumi sahəsi 280 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsindəki qarajda baş verib. Yanğın nəticəsində qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20 m² sahədə yanıb.
Hazırda yanğın söndürülüb.