Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb. Bu barədə 9 yanvar tarixində APA məlumat verib.
Hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Lətafət Əmiraslanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 31 yaşlı qadının vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, L.Əmiraslanova yaşadığı evdə dəm qazından zəhərlənib.