Şəmkirdə qəzada 3 nəfər xəsarət alıb. Bu haqda mayın 17-də APA məlumat yayıb.
"VAZ-21015" və "Chevrolet Cruze" markalı minik maşınları toqquşub.
Qəzada 2 kişi və 1 qadın yaralanıb.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.