Samuxda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb. Bu barədə 25 yanvar tarixində Apa məlumat verib.
Hadisə Samuxun “İnstitut” qəsəbəsində baş verib. İki "VAZ" markalı minik maşını toqquşub. Qəza nəticəsində 33 yaşlı Arzuman Hüseynov, 40 yaşlı Vüsal Həsənov, 57 yaşlı Rafiq Qurbanov, 57 yaşlı Elxan Məmmədov və 63 yaşlı Ərəstun Nağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.