Samuxda narkotik yetişdirən şəxs saxlanılıb. Bu barədə iyunun 11-də Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib.
Zeynal Zeynalovdan rayon ərazisindəki meşəlikdə yetişdirdiyi narkotik xassəli çətənə - kannabis bitkiləri götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.