İyulun 1-də saat 22:00 radələrində Şərur rayonunun Danyeri kəndində ölümlə nəticələnən yol qəzası olub. Bu haqda iyulun 4-də Report xəbər yayıb.
Belə ki, Muğanlı kənd sakininin idarə etdiyi “Mercedes” markalı avtomobil yolun kənarında velosiped sürən Xanlıqlar kənd sakinini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən velosipedçi iyulun 2-də dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.