top
Şimal Buzlu okeanı “qucaqlayan” qadın: “Ölmədən əvvəlki arzum idi”
06 mart 2025, 04:25
- ↺ +

Şimal Buzlu okeanı “qucaqlayan” qadın: “Ölmədən əvvəlki arzum idi”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Mənim ölmədən öncə həyata keçirmək istədiyim arzularım var. Bu da onlardan biri idi”

Bu sözləri İnsanoid.com-a Şimal Buzlu okeanına səyahət edən şirniyyatçı Gülanə Quliyeva deyib.

Onunla müsahibəni təqdim edirik:

- Gülanə xanım, öncə oxucularımız üçün özünüzü təqdim edərdiniz.

- Gülanə Yusif qızı Quliyeva. 1995-ci ildə Ağcabədi rayonunda anadan olmuşam. Şirniyyatçıyam, neçə illərdir müxtəlif növ tortlar hazırlayıram.

- Bu sahəyə marağınız necə yarandı? Neçə ildir ki, bu fəaliyyətlə məşğulsunuz?

- Uşaqlıqdan şirniyyat hazırlamağa marağım olub. Özümü dərk edəndə əl bacarığımla aksesuarlar düzəldirəm. Amma son 5 ildir ki, tortlar hazırlayıb, satıram. Əkiz övladlarım dünyaya gəldiyi üçün evdən necə işləyə biləcəyimi düşünürdüm. Həvəsim olduğu üçün tort hazırlanması üzrə kurslara qoşuldum. Bir həvəslə başladığım yolda öz biznesimi yaratdım.

- Son günlər sosial şəbəkələrdə izləyicilər tərəfindən sizin Şimal Buzlu Okeanına səyahətiniz çox maraqla qarşılanıb. Maraqlıdır, bu səfər barədə necə qərar qəbul etdiniz?

- Mənim ölmədən öncə həyata keçirmək istədiyim arzularım var. 30 yaşımda özümə nə hədiyyə edə biləcəyimi düşünürdüm. İstəyirdim ki, arzularımdan birini həyata keçirim. Rusiyada yaşayan dayım qızı ilə danışarkən bu fikrimi dedim. O da Qütb İşıqlarını görməyi təklif etdi. Beləcə, bizim Şimal Buzlu Okeanına səyahətimiz başladı.

- ⁠Səyahətə hazırlıq prosesində necə keçdi?

- Öncə araşdırdıq ki, Qütb İşıqlarını Laplandiya və Murmanskda görmək mümkündür. Laplandiya uzaq olduğu və viza tələb etdiyi üçün Murmanska getməyə qərar verib, hazırlıqlara başladıq. Bildiyiniz,  kimi Qütb Parıltısını görmək şans məsələsidir. Səyahət zamanı gedəcəyimiz yerlərin siyahısını tutduq.

- Şimal Buzlu okeanında qarşılaşdığınız ən ekstremal hava şəraiti və təbiət hadisəsi nə oldu?

- Səfərimiz zamanı hava çox dumanlı idi. Bizimlə birlikdə bir neçə tur getmişdi. Lakin yalnız bizim turda olanlar Qütb İşıqlarını gördülər. Çünki tur rəhbərimiz çox yaxşı idi. Ən qəribəsi isə odur ki,  Qütb Parıltısı fotokamerada görünürdü, videokamerada yox. Adi gözlə baxanda belə, fotokameradakı kimi görünmürdü.

Sadəcə qorxduğum üçün ən axırıncı suya girən mən oldum. Geyindiyimiz kostyum soyuğu keçirmədiyi üçün heç üşümədik.

- ⁠Şimal buzlu okeanına gedərkən ən maraqlı anınız hansı idi?

- Tur paketlərinə baxanda dayım qızının “okeanı qucaqlamaq” arzusu var idi. Həmin o məşhurlaşan videoda göründüyü kimi. Elə səyahətimizin ilk günü və maraqlı anı “okeanı qucaqlamaq” oldu. İki saat okeanda olduq.

- Bu təcrübəni başqalarına məsləhət görərdinizmi? Hər hansı bir tövsiyə və ya xəbərdarlıq etmək istəyərdiniz?

- Əlbəttə, hər kəsə gedib gəzməyi, xarici ölkələrdə olmağı məsləhət görürəm. Bir qərar almışıq ki, Şimal Buzlu Okeanına səyahət təşkil edək. Bizim kimi gedib görmək istəyənlər varsa, onlara kömək olaq.

Fidan İlqar

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər