Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq vəfat edib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 9 yanvar tarixində xəbər verir.
Araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub.
"Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsinə başsağlığı verir, səbir diləyirik", - məlumatda qeyd edilib.