Ötən 3 il ərzində qanunsuz dövriyyədən 7 ton 213 kiloqram narkotik vasitə, 590 kiloqram psixotrop maddə və 70 tondan çox kultivasiya edilmiş çətənə kolları dövriyyədən çıxarılıb.
Bu barədə iyunun 25-də DİN-in mətbuat xidmətindən məlumat verilib.
Ümumi 20 196 fakt üzrə 7 156 satış, 11 800 saxlama, 986 əkin və 254 digər hallar aşkarlanıb.
Bununla yanaşı, 1 ton 328 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.