Son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə artırılaraq 300 manata çatdırılıb. Bu barədə 17 iyun tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Məlumata əsasən, həmin dövrdə orta aylıq əməkhaqqı 41% artaraq 768 manata, median əməkhaqqı 85% artaraq 410 manata çatıb.