2018-2022-ci illərdə dövlət büdcəsindən sosial ödənişlərə ayrılan vəsaitin məbləği 2,7 dəfə artaraq 1,57 milyard manata çatıb. Bu barədə 7 iyun tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, müavinət ödənişləri 2,9 dəfə artaraq 820 milyon manata, təqaüd ödənişləri 5,1 dəfə artaraq 473 milyon manata, ünvanlı sosial yardım ödənişləri 29% artaraq 278 milyon manata çatıb.
Qeyd edək ki, hazırda sosial müavinətlər 413 min nəfərə, Prezident təqaüdləri 365 min nəfərə, ÜDSY isə 176 min ailə üzvünə verilib.