Son üç ayda Kliniki Tibbi Mərkəzə it dişləməsindən 321 nəfər müraciət edib.
Müraciət edən hər bir şəxsə vaksin vurulduqdan və ilkin tibbi yardım göstərildikdən sonra qeydiyyatda olduğu ərazi üzrə müvafiq tibb müəssisəsinə yönləndirilib.
Bu dövr ərzində it dişləməsi ilə bağlı müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb.
İt dişləməsinə məruz qaldıqda mütləq ixtisaslaşmış və quduzluq əleyhinə vaksin olan tibb müəssisəsinə müraciət edilməlidir. Peyvənd vasitələrinin vurulmasının gecikdirilməsi quduzluq əlamətinin yaranmasına səbəb olur.