Zaqatalada dağlıq ərazidə yeni təbii göl yaranıb. Bu barədə iyunun 3-də Lent.az-a Zaqatala sakini məlumat verib.
Sakinin sözlərinə görə, göl Zaqatalanın Mişleş kəndi yaxınlığında, Qaraqaya ərazisində, Çayarxac dərəsində əmələ gəlib.
Gölün yaranmasına bir ay əvvəl rayona yağan aramsız yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində sürüşmə olub və sıldırım qaya uçaraq dərəni bağlayıb.
Həmçinin bildirilib ki, gölün daşması kimi və ya digər bir təhlükə yoxdur.