Məktəb direktoru olmaq üçün müraciət edənlər çox olsa da, bu vəzifəyə uyğun olanların sayı azdır. Bu barədə təhsil naziri Emin Əmrullayevin iyunun 28-dəki çıxışına əsasən Report məlumat verib.
“Çox yaxşı müəllimlərimiz var və direktor olmaq istəyirlər. Lakin biz onları direktor kimi görmürük. Biz yaxşı müəllimi itirib, zəif direktor əldə etmək istəmirik”, - deyə nazir bildirib.
O, həmçinin əlavə edib ki, yeni tədris ilinin əvvəlində bu barədə hesabat xarakterli məlumat veriləcək.