top
Tərtərdə bir ailənin 4 üzvünün ölümünə quş yuvası səbəb olub - TƏFƏRRÜAT
21 aprel 2025, 06:27
- +

Tərtərdə bir ailənin 4 üzvünün ölümünə quş yuvası səbəb olub - TƏFƏRRÜAT

Tərtərdə bir ailənin 4 üzvünün dəm qazından boğularaq ölməsi ilə bağlı yeni təfərrüatlar məlum olub. Belə ki, hadisə Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsindəki həyət evində baş verib.

Bu barədə Teleqraf-a ailənin yaxınları məlumat veriblər.

Məlumata görə, ailə iki ildir ki, qəsəbədə keçmiş məcburi köçkün kimi müvəqqəti məskunlaşıb. Qeyd olunub ki, hadisədən əvvəlcə qonşular xəbər tutublar. Saat 10 -11 radələri olsa da, evdən heç kimin çıxmadığını görən qonşular mənzilə daxil olub və ailənin 4 üzvünün vəfat etdiyini aşkar ediblər.

Bildirilib ki, meyitlər tibbi ekspertiza üçün prokurorluğa göndərilib. Onlar yaxınlarının dəfn olunduğu Bəyəmsarov kənd qəbirstanlığında torpağa tapşırılacaqlar. Ehtimal edilir ki, ailənin ölümünə səbəb qaz sobası olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, polis işçiləri və əməliyyatçılar gəliblər, araşdırma aparılır.

Sarov kəndinin icra nümayəndəsi Surxay Hüseynov hadisənin təfərrüatları ilə bağlı Teleqraf-a açıqlama verərərk deyib ki, hadisədən ilk olaraq qonşular xəbər tutublar və qapını xeyli döydükdə cavab ala bilməyiblər.

“Qonşular pəncərədən baxaraq görüblər ki, ailənin bütün üzvləri yorğan-döşəkdədir. Adi dəmirdən düzəldilən qapını qıraraq evə daxil olublar. Onlar iki il idi ki, qəsəbədə yaşayırdılar. Sarov kəndinə Bəyimsarovdan, yəni qonşu kənddən gəlmişdilər. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sobasının borusunda quşun yuva qurması olub. Havalar isti olduğu üçün sobadan istifadə edilməyib. Bu yaxınlarda yağışlı havalarda yenidən istifadə etməyə başlayıblar. Soba istifadə edilmədiyi müddətdə quş onun borusunda yuva qurub və samanla sobanın borusunu doldurub. Hadisədən sonra soba söküləndə saman çöpləri aşkar edilib və sobanın yanar vəziyyətdə olduğu müəyyən olunub".

Kənd icra nümayəndəsi ailə başçısının fərdi işlərlə məşğul olduğunu vurğulayıb:

“Ailənin başçısı təsərrüfatla məşğul olurudu. Əkin əkər, kartof sahələri salar, lazım olanda ağac da əkərdi. Bir sözlə, zəhmət adamı idi. Dəfn mərasimi Bəyimsarov kəndində olacaq”.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 19:00

Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

Bütün Xəbərlər
Dünən, 15:04

Prezident: "BMT TŞ-nin qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur"

Bütün Xəbərlər
Dünən, 15:00

Bakıda bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası araşdırılır

Bütün Xəbərlər
Dünən, 14:50

Prezident İlham Əliyev: "Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq"

Bütün Xəbərlər
Dünən, 14:37

Azərbaycan Prezidenti: "Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir"

Bütün Xəbərlər
Dünən, 14:09

Birinci xanım Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Bütün Xəbərlər
Dünən, 12:35

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:33

Prezident İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Bütün Xəbərlər
Dünən, 10:59

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak edir

Bütün Xəbərlər
Dünən, 10:51

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gedib

Bütün Xəbərlər
Dünən, 10:37

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi davam edir

Bütün Xəbərlər
Dünən, 09:56

30 il sonra gələn verdikt: Tupak Şakurun qatili bəlli oldu

Bütün Xəbərlər
Dünən, 09:43

Rusiyalı milyarderlərin sərvəti ilin əvvəlindən 19,77 milyard dollar azalıb

Bütün Xəbərlər
Dünən, 09:39

Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub

Bütün Xəbərlər
Dünən, 09:37

Böyük Qayıdış: Daha 117 ailə Ağdam şəhərinə yola salınıb

Bütün Xəbərlər
Dünən, 09:20

Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb

Bütün Xəbərlər
31 avqust 2026, 19:05

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub - YENİLƏNİB

Bütün Xəbərlər
31 avqust 2026, 18:37

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub - YENİLƏNİB

Bütün Xəbərlər
31 avqust 2026, 17:16

Məktəblilər üçün yeni imkan: kayak, kanoe və avarçəkmə məşğələləri keçiriləcək

Bütün Xəbərlər
31 avqust 2026, 15:09

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı

Bütün Xəbərlər
31 avqust 2026, 15:04

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib - YENİLƏNİB

Bütün Xəbərlər
31 avqust 2026, 14:41

"Aztelekom"un internet tarifləri və sürəti ilə bağlı araşdırma başladı

Bütün Xəbərlər
31 avqust 2026, 14:38

Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək

Bütün Xəbərlər
31 avqust 2026, 13:02

Sentyabrın ilk gününün havası açıqlanıb

Bütün Xəbərlər
31 avqust 2026, 12:25

"TikTok"da tanımadığı şəxslə danışdı, əri tərəfindən döyüldü

Bütün Xəbərlər
31 avqust 2026, 11:49

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gedib

Bütün Xəbərlər
31 avqust 2026, 11:25

Prezident İlham Əliyev Trinidad və Tobaqo prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
31 avqust 2026, 11:22

Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb

Bütün Xəbərlər
31 avqust 2026, 11:12

Azərbaycan Prezidenti İlham Əliyev qırğız həmkarı Sadır Japarova təbrik məktubu ünvanlayıb

Bütün Xəbərlər
31 avqust 2026, 10:58

Azərbaycanda traktor və digər aqrar texnikaların qeydiyyatı qaydası dəyişib

Bütün Xəbərlər
31 avqust 2026, 09:47

Müəllimlərin təkrar sertifikasiyasına başlanılır, əməkhaqqılar artırılacaq

Bütün Xəbərlər
29 avqust 2026, 16:52

Rusiyalı qadın altı yaşlı qızı ilə pedofiliyada ittiham olunan ərindən İrandan qaçıb

Oxşar xəbərlər