Tərtərdə hamilə qadın evdə ölüb. Bu barədə 18 yanvar tarixində Report məlumat verib.
Hadisə Tərtər rayonunun Hüsənli kəndində qeydə alınıb.
Belə ki, həmin ərazidə yaşayan 1995-ci il təvəllüdlü, 29-30 həftəlik hamilə olan Türkanə Əsədovanın evdə halı pisləşib və qəflətən ölüb.
Mərhumun yaxınlarının sözlərinə görə, o, epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.