Tərtərdə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan İntiqam Qasımov saxlanılıb. Bu barədə iyunun 7-də Daxili İşlər Nazirliyindən Report-a bildirilib.
Onun həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.