“Teknofest" Festivalı çərçivəsində 842 min manat xərclənilib. Bu haqda iyunun 7-də APA məlumat yayıb.
Dövlət Radiotezliklər İdarəsindən verilən məlumata görə, müxtəlif bannerlər və printlərin çapı və icarəsi, hava limanı ərazisində reklamın yerləşdirilməsi üçün “ADPOİNT” MMC ilə 306,8 min manatlıq müqavilə imzalanıb.
Qurum TakeOff sammitinin təşkili üzrə “Caspian Event Organisers” MMC-yə 306 min manat, könüllülər və digər heyət üçün ketrinq xidmətlərinə görə "Lime Catering" MMC-yə 228,5 min manat ödəyib.