Gələn il üçün televiziya, radio və nəşriyyat sahəsinə ayrılan vəsait açıqlanıb. Bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.
Gələn il televiziya, radio və nəşriyyat sahəsinə 61 milyon 024 min 113 manat vəsaitin ayrılması proqnozlaşdırılır.
2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla 2022-ci illə müqayisədə 5,2%, 2021-ci illə müqayisədə isə 16,4 % çoxdur.