Dünən, iyunun 22-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən şahmat üzrə İddiaçılar turnirinin 5-ci turunun oyunları keçirilib. Teymur Rəcəbov ağ fiqurlarla çinli Dinq Lirenə qarşı heç-heçə oynayıb.
Bütün digər oyunlarda da heç-heçələr qeydə alınıb. Beləliklə, 5 turdan sonra Rəcəbovun hesabında 2 xal var. Bu gün Teymur ağ fiqurlarla macarıstanlı Riçard Rapportla oynayacaq.
Qeyd edək ki, turnir iyulun 4-dək davam edəcək. Turnirin mükafat fondu 500 min avrodur. Qalib idmançı şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşmaq hüququ əldə edəcək.