2022-ci ilin yanvar-may aylarında Azərkosmos10,8 milyon dollar dəyərində xidmət ixrac edib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə azdır. Bu haqda iyulun 1-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi “İxrac icmalı”nda deyilir.
Ümumilikdə Azərkosmos dünyanın 33 ölkəsinə xidmət ixrac edir. Ölkələrin siyahısında ilk beşlikdə Birləşmiş Krallıq (2,8 milyon dollar), Fransa (2,2 milyon dollar), Lüksemburq (1,8 milyon dollar), BƏƏ (1,1 milyon dollar) və Pakistan (0,6 milyon dollar) qərarlaşıb.
Təşkilatın xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87%-ni təşkil edib.
Cənubi Qafqazda ilk peyk operatoru olan Azərkosmos 2010-cu ildə təsis edilib. Təşkilat peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri ixrac edir. Azərkosmosun idarəçiliyində olan ilk milli peykimiz – “Azerspace-1” 2013-cü ildə, ikinci “Azerspace-2“ peyki isə 2018-ci ildə orbital mövqeyinə çıxarılıb.
[gallery link="file" columns="1" size="large" ids="57160"]