Tovuzda azyaşlılar zəhərləniblər. Bu barədə Apa 11 yanvar tarixində məlumat verib.
Rayonun Dondar Quşçu kəndində 4 yaşlı Adəm və 2 yaşlı Rüfət Əliyev qardaşları zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Azyaşlılara tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Məlumata görə, azyaşlı qardaşlar valideyn səhlənkarlığı səbəbindən bit dərmanı içərək zəhərləniblər.