Tovuzda itkin düşən 33 yaşlı qadın axtarılır. Bu haqda iyunun 13-də Daxili İşlər Nazirliyindən APA-ya məlumat verilib.
Belə ki, Əlibəyli kənd sakini, 1989-cu il təvəllüdlü Günel Mürşüdova mayın 18-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Həmin şəxsin əlamətləri: boyu 160 sm, orta bədən quruluşludur. Evdən çıxarkən əynində qırmızı köynək, qara şalvar və qırmızı yay ayaqqabısı olub.
Onun ruhi xəstə olduğu qeyd edilib.
İtən şəxslə bağlı məlumatı olanlar “102 Zəng Mərkəzi” Xidmətinə, (012) 315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vura bilərlər.