Tovuzda avtomobil kanala aşıb. Bu barədə mayın 17-də APA məlumat yayıb.
Hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. "Khazar" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Avtomobil yoldan çıxaraq su kanalına düşüb. Qəzada 4 nəfərin xəsarət aldığı bildirilir.
İlkin məlumata görə, qəzaya avtomobilin qarşısına it çıxması səbəb olub. Faktla bağlı araşdırma aparılır.