Tovuzda "VAZ-2106" markalı iki avtomobil toqquşub, 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Bu barədə iyunun 28-də Report xəbər verib.
Hadisə Aşağı Quşçu kəndində baş verib.
Qəza nəticəsində 1997-ci il təvəllüdlü Həzirətabbas Hümbətov və 2005-ci il təvəllüdlü Aykut Atayev dünyasını dəyişib. 2009-ci il təvəllüdlü Uğur Hüseynov, 2001-ci il təvəllüdlü Elşən Quliyev və 2002-ci il təvəllüdlü Nurlan Abbasov bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.