Tovuzda toyda bıçaqlanma baş verib. Bu barədə iyunun 16-da Report məlumat yayıb.
Hadisə rayonun Əhmədabad kəndində qeydə alınıb. Toy mərasimində baş vermiş mübahisə zəminində 44 yaşlı Fazil Yahyayev bıçaq xəsarəti alıb. O, rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Mübahisənin hansı səbəbdən baş verdiyi və zərərçəkmişin kim tərəfindən bıçaqlandığı məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.