Tovuzda birmərtəbəli tikilidə yanğın baş verib. Bu haqda iyunun 28-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Abulbəyli kəndində baş verib. Bilyard zalı, qaraj və generator otağı olan tikilinin tavanı və zalın içərisində əşyalar yanıb. Tikilinin qalan hissəsi, qarajda dayanan avtomobil və yaxınlıqdakı evlər alovdan mühafizə olunub.
Yanğının söndürüldüyü bildirilib.