Şəmkirdə toy karvanında və “Son zəng” tədbirində avtoxuliqanlıq edən sürücülər saxlanılıblar. Bu haqda Report iyunun 23-də xəbər yayıb.
Toy karvanında avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan “VAZ” markalı avtomobilin sürücüsü Arzuman Nağdəliyev saxlanılıb.
Sosial şəbəkələrdə “Son zəng” tədbirində “VAZ” markalı avtomobillə avtoxuliqanlıq etməsi yayımlanmış digər sürücü də saxlanılıb.
Hər iki sürücü barəsində protokol tərtib edilərək aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.