Türkiyə universitetlərində dərslər yaya qədər onlayn qaydada keçiriləcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Bu barədə 11 fevral tarixində “TRT Haber” məlumat verib.
“Universitetlərimizin hamısının yataqxanaları zəlzələdən əziyyət çəkənlərə xidmət edəcək”, – Prezident qeyd edib.