Rusiyalı xilasedicilər Türkiyədə yaşayış binasının dağıntıları altından 150 min dollar tapıblar. Bu barədə 14 fevral tarixində İnsanoid Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
“Rusiya xilasediciləri axtarış-xilasetmə əməliyyatları zamanı Türkiyədə yaşayış binasının dağıntılarını təmizləyərkən külli miqdarda pul tapıblar”, - məlumatda bildirilir.
Xilasedicilər bildiriblər ki, daha bir dağıntı təbəqəsini qaldırdıqları zaman içərisində 100 dollarlıq əsginaslarla dolu qazan aşkar ediblər.
Bildirilib ki, qazandakı məbləğ 150 min dollar olub. Pullar yerli polisə təhvil verilib.
[gallery link="file" columns="1" size="full" ids="105453"]