Türkiyənin Konya şəhərində Səlcuq Universitetinin Tibb Fakültəsinə silahlı hücum olub.
Bu barədə İnsanoid.com Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, bir silahlı tələbənin hücumu nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.
Qeyd edilib ki, tələbə öncə dekan müavinini öldürüb, sonra iki nəfəri yaralayıb, sonda isə intihar edib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
[gallery columns="2" link="file" size="full" ids="217860,217861"]