Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb. Bu barədə 11 fevral tarixində Report məlumat verib.
Təbii fəlakət nəticəsində 91 511 nəfər yaralanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.