Dünən, iyulun 1-də İtaliyanın paytaxtı Roma şəhərində keçirilən U-20 Avropa çempionatında qadın güləşi üzrə yarışlara yekun vurulub.
Yarışların son günündə Birgül Sultanova (62 kq) qızıl, Mərziyə Sadıqova (72 kq) isə bürünc medal qazanıb. Beləliklə, yığmamız 2 qızıl və 2 bürünc medal qazanaraq komanda hesabında 92 xal toplayaraq 5-ci yeri tutub. Bundan öncə Elnurə Məmmədova (55 kq) qızıl, Əsmər Canqurtaran (50 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, qitə çempionatı 3 iyul tarixinədək davam edəcək. Dünən, iyulun 1-dən sərbəst güləşçilərimiz də mübarizəyə qoşulub.