Ucarın Məlikballı kəndində kənd sakini ehtiyatsızlıqdan qardaşı oğlunu öldürüb. Bu haqda mayın 28-də APA məlumat yayıb.
O, "VAZ" markalı avtomobili arxaya verərkən ehtiyatsızlıq nəticəsində qardaşı oğlunu iki avtomobilin arasında sıxışdırıb.
Ağır xəsarət alan zərərçəkən Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.