Ucarda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 30 may tarixində APA məlumat verib.
Məlumata əsasən, mayın 27-də Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində rayon sakini idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış şəxsi vurub.
Bildirilib ki, nəticədə xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib və mayın 28-də dünyasını dəyişib.