Ucarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs həbs edilib. Bu barədə iyunun 30-da APA məlumat yayıb.
Belə ki, “Xaş-xaş 2022” şərti adlı əməliyyat zamanı Çiyni kənd sakini saxlanılıb. Onun evinin həyətindən yetişdirdiyi 67 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.