Ucarda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb. Bu barədə 25 yanvar tarixində Apa məlumat verib.
Ucar Mərkəzi Rayon Xəstəxanasına məxsus avtomobillə "VAZ" markalı minik maşını toqquşub. Nəticədə təcili yardım avtomobili aşıb. Hadisə zamanı 5 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.